"DÇ-2018"in daha bir iştirakçısı bəlli oldu

"DÇ-2018"in daha bir iştirakçısı bəlli oldu

DÇ-2018-in seçmə mərhələsinin UEFA zonası üzrə növbəti oyunlar keçirilib. Fanat.Az xəbər verir ki, hesabat günündə VIII turun qarşılaşmalarına start verilib.

  

Öncə A, B və H qruplarında matçlar keçirilib. Hollandiya öz meydanında Bolqarıstan üzərində qələbə qazanıb. Yunanıstan isə doğma meydanda Belçikaya uduzub.

 

Bununla da Belçika mundiala vəsiqəni rəsmiləşdirib. Roberto Martinezin yetirmələri Avropa zonasının H qrupunu lider olaraq bitiriblər. 8 oyundan sonra xalını 22-ə yüksəldən “qırmızı şeytanlar” ən yaxın rəqibi Bosniya və Herseqovinanı 8 xal qabaqlayıblar. Bu isə o deməkdi ki, qrupun son iki matçı Martinezin komandası üçün formal xarakter daşıyacaq. Bununla tarixində 13-cü dəfə dünya çempionatının final mərhələsinə adlayan Belçika yığması ev sahibi Rusiya, həmçinin Braziliya, Meksika, İran və Yaponiyadan sonra mundialda iştirak hüququna yiyələnən 6-cı komanda olub.

Qeyd edək ki, ötən gün güclü yağış səbəbindən 26-cı dəqiqədə təxirə salınan İ qrupunun Xorvatiya - Kosova matçı da davam etdirilib. Qarşılaşma Xorvatiyanın qələbəsi ilə yekunlaşıb.

 

DÇ-2018

Seçmə mərhələ

VII tur, 3 sentyabr

 

İ qrupu

Xorvatiya - Kosova - 1:0

Qol: Domoqoy Vida, 74

1. Xorvatiya751112:216

2. Ukrayna742111:514

3. İslandiya74129:713

4. Türkiyə732211:811

5. Finlandiya71155:104

6. Kosova70163:191

A qrupu

Belarus – İsveç - 0:4

Qollar: Forsberq, 18, Niman, 24, Berq, 37, Qranqvist, 84 (pen.)

 

Hollandiya – Bolqarıstan - 3:1

Qollar: Proper, 7, 80, Robben, 67 - Kostadinov, 69

 

Fransa – Lüksemburq - 0:0

1. Fransa852115:517

2. İsveç851218:716

3. Hollandiya841316:11 13

4. Bolqarıstan840413:17 12

5. Lüksemburg81257:175

6. Belarus81254:165

 

B qrupu

Farer adaları – Andorra - 1:0

Qol: Sorensen, 37

 

Latviya – İsveçrə - 0:3

Qollar: Seferoviç, 9, Cemaili, 54, Rodrigez, 58

 

Macarıstan – Portuqaliya - 0:1

Qol: Silva, 48

1. İsveçrə880018:324

2. Portuqaliya870128:421

3. Macarıstan831411:910

4. Farer Adaları82244:158

5. Andorra81162:174

6. Latviya81073:183

H qrupu

Estoniya - Kipr - 1:0

Qol: Kait, 90+2

 

Cəbəllütariq – Bosniya və Herseqovina - 0:4

Qollar: Ceko, 35, 85, Kodro, 65, Luliç, 83

 

Yunanıstan – Belçika - 1:2

Qollar: Zeka, 73 - Vertongen, 70, Lukaku, 75

1. Belçika871035:322

2. Bosniya və Hersoqovina842219:814

3. Yunanıstan834111:513

4. Kipr83148:1210

5. Estoniya82246:178

6. Cəbəllütariq80083:370

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər