"CBC Sport"da yeni təyinat

"CBC Sport"da yeni təyinat

"CBC Sport" kanalının şərhçisi Gündüz Abbaszadə yeni vəzifəyə təyin olunub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, sözügedən kanalda Rüstəm Əfsərlinin "Neftçi"yə gedişindən sonra vakant olan postu tutacaq.

Beləliklə, Abbaszadə Şərhçilər qrupunun rəhbəri və proqramlar direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Gündüz Abbaszadə "CBC Sport"a 9 il əvvəl gəlib. O, "Neftçi" və "Qarabağ" klublarının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin də rəhbəri olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər