Robert Prosineçki ilə anlaşa bilməyən "Bursaspor" yeni baş məşqçi axtarışlarını davam etdirir. Fanat.Az xəbər verir ki, "Fanatik" qəzeti yeni iddialarla çıxış edib.
Qəzetin xəbərinə görə, Hamza Hamzaoğlu ilə yollarını ayıran, Prosineçki ilə danışıqlar aparmaq üçün nümayəndələrini Bakıya göndərən "Bursaspor"un əsas hədəfi Artur Zikodu.
Son olaraq Hindistanın "Qoa" klubunu çalışdıran Ziko əvvəllər Yaponiyanın "Kaşima Antlers", Türkiyənin "Fənərbaxça", Özbəkistanın "Bunyodkor", Rusiyanın ÇSKA, Yunanıstanın "Olimpikos" və Qətərin "Əl-Qarafa" klublarına başçılıq edib. O, həmçinin Yaponiya və İraq millilərini çalışdırıb.
Fanat.Az