"Bu, qürur anıdır" - Vircil van Deyk darmadağını dəyərləndirdi

"Bu, qürur anıdır" - Vircil van Deyk darmadağını dəyərləndirdi

"Liverpul"un kapitanı və mərkəz müdafiəçisi Vircil van Deyk İngiltərə Premyer Liqasının 3-cü turunda "Mançester Yunayted" üzərində səfərdə qazandıqları qələbəni (3:0) şərh edib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" niderlandlı futbolçunun dediklərini belə çatdırıb:

"Bu, qürur anıdır. Məni ən çox sevindirən oyun başlayandan qurtarana qədər sərgilədiyimiz futbol oldu. Biz oyunumuzdan zövq almaq istəyirik və bunun yeganə yolu səylə çalışmaqdır. Diqqəti əldən verə bilməzdik və işimizin öhdəsindən gəldik. Uşaqlarla çox fəxr edirəm. Bizim oyun planımız işə yaradı. Təmkinli davrandıq və istəyimizə çatdıq. Bu mövsüm böyük hədəflərimiz var. Mən turnirlərdə iştirak xatirinə oynamıram, qələbə qazanmaq istəyirəm".

Xatırladaq ki, "Liverpul"un heyətində Luis Dias dubl edibsə, 3-cü Məhəmməd Sala imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər