"Hələ ki, qarışıq hisslər keçirirəm. Nə baş verdiyini başa düşmürəm". Bu fikirləri Azərbaycanın "Rio-2016" Olimpiya Yay Oyunlarında yeganə qızıl mükafatçısı taekvondoçu Radik İsayev deyib.
80 kq-dan yuxarı çəkidə çıxış edən 27 yaşlı təmsilçimiz bu qızıl medalı tək özünün yox, bütün hamının mükafatı sayır: "Yenicə Bakıya qayıtmışam. Bu qısa müddətdə həyatımda nə dəyişə bilər ki? Bu qızıl medal münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, təkcə mənim yox, ümumi uğurdur. Bunda hamının xidməti var".
Fanat.Az