Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində "Braqa"ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Fənərbaxça" qarşılşamanın baş hakimi İvan Bebekin idarəçiliyindən narazıdı. Fanat.az xəbər verir ki, İstanbul təmsilçisi məsələylə bağlı klubun rəsmi saytı vasitəsi ilə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, sözügedən qarşılaşmada referinin doğru olmayan qərarlarına "hakim xətası" demək olmaz. "Bülbüllər" hakimin "Fənər" əlehinə verdiyi qərarların arxasında başqa bir səbəblərin olduğunu düşünür. Elə bu səbəblər üzə çıxana qədər Türkiyə Futbol Federasiyasına və UEFA-ya lazımı müraciətlər olunacaq.
Maraqlıdı ki, Əziz Yıldırımın prezident olduğu komanda Portuqaliyada baş tutan görüşdə oyun alqı-satqısının ola biləcəyini də istisna etmir. Buna görə də, "Fənərbaxça" rəhbərliyi İvan Bebekin telefon danışıqlarının, mülklərinin, eləcə də bank hesablarının araşdırılmasını tələb edəcək.
Fanat.az