"Bizdən ayrılmasına üzgünəm"

"Bizdən ayrılmasına üzgünəm"

“Çelsi”nin baş məşqçisi Antonio Konte müdafiəçi Branislav İvanoviçin klubdan gedişinə münasibət bildirib. Fanat.Az “Sky Sports”a istinadən xəbər verir ki, çalışdırıcı futbolçunun bu addımına üzüldüyünü deyib:

“Futbolçu oyun praktikasından əziyət çəkəndə başqa variantları nəzərdən keçirmək məcburiyyətində qalır. Branislavın qərarına hörmətlə yanaşıram. Amma etiraf edim ki, bizdən ayrılmasına çox üzülürəm”.

Xatırladaq ki, 32 yaşlı İvanoviçin “Zenit”ə keçəcəyi haqda informasiyalar dolaşır. Onun Peterburq klubuyla 2,5 illik anlaşma imzalayacağını isə Rusiya mənbələri yazıb.

 Müdafiəçi 2008-ci ildən “Çelsi”dəydi. Serb 2016/17 mövsümündə İngiltərə Premyer Liqasında 13 matça çıxıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər