AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Şərurspor"la matçın 54-cü dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Mil-Muğan”ın futbolçusu Emil Həsənzadə 2 oyunluq cəzalandırılıb, klub 160 manat cərimə olunub.
"Mil-Muğan" 5 futbolçusu sarı vərəqə aldığından daha 80 manat ödəməli olacaq. "Rəvan"la "Şahdağ" da eyni aqibəti yaşayıb. Bakı klubu "Şəmkir"lə oyunda, Qusar təmsilçisi "Bakılı" ilə matçda 4 futbolçusu sarı vərəqə aldığından 80 manat ziyana düşüb.
Fanat.Az