"Bir oyuna sığmayacaq qədər hücumlar etdik"- Samir Abasov

"Bir oyuna sığmayacaq qədər hücumlar etdik"- Samir Abasov

"İlk oyunun belə gərgin keçəcəyini düşünmürdük. Yaxşı motivasiyamız var idi, Sumqayıtda hamı bu oyundan danışırdı". Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının ilk turunda öz meydanında "Kəpəz"i yenən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

 

O, gəncəlilərə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: "Məncə, ikinci hissəyə yaxşı başlamadıq. Düşünürəm ki, rəqibin vurduğu qol komandanı bir qədər həyəcənlandırdı. Bir oyuna sığmayacaq qədər hücumlar etdik. Çalışacağıq ki, bundan sonrakı oyunlarda da belə hücumlar edək və bunlardan yararlanaq. Yaxşı hücumçularımız var. Bu gün şanslardan yararlana bilməməyimizi bəxtlə əlaqələndirirəm. Ümid edirəm ki, bundan sonrakı oyunlarda belə səhvlər etməyəcəyik”.

Mənbə: sumqayitpfc.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər