Xocalı faciənin ildönümü ilə bağlı olaraq "Qarabağ" bu gün Şəhidlər Xiyabanına yürüş edərək şəhidlərimizi yad edib.
Fanat.Az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl Xocalı faciəsi haqda öz fikirlərini bildirib: "Bu gün çox üzüldüyümüz günlərdən biridir. Belə günlərdə bir yerdə olmaq lazımdır. Biz də buna görə burdayıq. Bir olduğumuzu, gücümüzü göstərmək üçün bura gəlmişik".
Əmrah Çəlikəl cəbhə bölgəsində son günlərdə yaşanan hadisələr haqda da fikilərini açıqlayıb: "Bu haqda eşitmişəm. Ancaq bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Buna görə də çox danışmaq istəmirəm. İnşallah rəsmi açıqlama verildikdən sonra nələr baş verdiyini biləcəyik. Əgər şəhidlərimiz varsa, Allah rəhmət etsin".
Fanat.Az