"Bəzi oyunçuların başına ağıl qoymaq lazımdı" - Əsgər Abdullayev

"Bəzi oyunçuların başına ağıl qoymaq lazımdı" - Əsgər Abdullayev

Əsgər Abdullayev "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi 0:2 hesabı ilə uduzduqları oyunla bağlı bunları deyib: 

"Komandamın oyunundan razı qalmadım. Futbolçular komanda oyunundan daha çox fərdi oyuna üstünlük verirdilər. Bəzi oyunçuların başına ağıl qoymaq lazımdı. Onlarla fərdi söhbət edəcəm. Ruslan Qurbanov artıq bir dəfə cəzalandırılıb. Yəni onun hərəkətləriylə bağlı artıq ölçü götürülüb.

 

Nikolas Kanales komandanın məşqlərində iştirak edir. Komandanın hücum xəttində problemlər var. Biz də istəyərdik ki, Kanales gələn oyunda iştirak etsin". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər