"Benqtssonun niyyətini dərhal başa düşdüm"- Donald Gerye

"Benqtssonun niyyətini dərhal başa düşdüm"- Donald Gerye

"Mərhələ adlamaq üçün cavab oyununda da sonadək döyüşəcəyik. Şübhəniz olmasın". Fanat.Az xəbər verir ki, bu sözləri “Kopenhagen”lə oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye deyib.

Haiti millisinin üzvü Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda qazanılan minimal hesablı qələbədən danışıb: "Böyük oyun idi. Qol vurmaq, qələbə qazanmaq lazım idi. Şadam ki, qol buraxmadan qələbə qazandıq. Səfərdə bizi daha bir 90 dəqiqə gözləyir". 

O, rəqibin müdafiəçisi Benqtsson tərəfindən təxribata çəkildiyi epizodu da unutmayıb: "Onun niyə belə etdiyini anlamaq çətin deyil. Niyyətini dərhal başa düşdüm. Futbolda tez-tez rast gəlinən haldı. Əsas odur ki, təxribata uymadım. İşim “Qarabağ”a kömək etməkdi".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər