"Belə gözləmirdik" - Cavid Hüseynov

"Belə gözləmirdik" - Cavid Hüseynov

"Qəbələ"nin kapitanı Cavid Hüseynov "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, futbolçu 0:0 hesabı ilə yekunlaşan matçdan sonra bunları deyib: 

"Heç nə istədiyimiz kimi alınmadı. Ən pis oyunlarımızdan birini oynadıq. Belə gözləmirdik. Deməzdim ki, rəqib bizə oynamağa imkan vermədi. Sadəcə meydanda özümüzü tapa bilmədik. Bəlkə də həddindən artıq hazırlaşmışdıq. Bəzən bir şeyi çox istəyəndə alınmır. Kağız üzərində çempionluq şanslarımız qalıb, ancaq aydın məsələdi ki, bu gün qalib gəlsək, daha inamlı danışa bilərdik. İntriqanı ölmüş hesab etmirəm, çox şey ola bilər”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər