Topaz Premyer Liqasının VII turu çərçivəsində dünən baş tutan "İnter" - “Neftçi” oyunundan (0:2) sonra meydan sahiblərinin rumın müdafiəçisi Adrian Skarlatake jurnalistlər önünə çıxıb. Fanat.Az xəbər verir ki, əsəbi görünən arxa xətt oyunçusu narazı danışıb:
"Çox pis oynadıq. 90 dəqiqə boyunca hücumlara çıxmağa çətinlik çəkdik. Demək olar, ancaq müdaifə oluna bildik. Rəqibin layiqli qələbə qazandığını deməliyəm. "Neftçi" bizə 3 cavabsız qol da vura bilərdi. Ardıcıl 3 ötürmə verə bilmiriksə, uduzmağımız normal haldı. Topu özümüzdə saxlamağı bacarmırdıq. Cəmi bir dəfə künc zərbəsi yerinə yetirdik. Belə futbol olar? "İnter"ə yeni futbolçular lazımdı. Azı 6-7 oyunçuyla güclənməliyik. Belə getsə, hər dəfə məğlubiyyət qaçılmaz olacaq və nəticədə sonuncu pilləyə düşəcəyik.12-13 futbolçu ilə oynayırıq. Görünən budur ki, qışa qədər ciddi çətinlik çəkəcəyik".
Fanat.Az