"Bayıl Arena"da 3 qol - "Rəvan" 13-ə çatdı

"Bayıl Arena"da 3 qol - "Rəvan" 13-ə çatdı
Topaz Premyer Liqasında XXVI tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
İlk gündə turnir cədvəlinin “zirzəmi”sində qərarlaşmış komandalar qarşılaşıb. “Bayıl Arena”da “Rəvan” “Sumqayıt”ı qəbul edib. Çempionatın autsayderi olan “sarı-qırmızılar” 12 oyunluq qələbəsizliyə son qoymaq istəyirdi. Lakin onların bu istəyi baş tutmayıb. Belə ki, "Sumqayıt" səfər oyununda 2:1 hesablı qələbə qazanıb. Hesab 8-ci dəqiqədə açılıb. "Sumqayıt" Saşa Yunisoğlunun avtoqoluna sevinib. 33-cü dəqiqədə Amil Yunanov fərqi iki topa çatdırıb. 90-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Ruslan Tağızadə "Rəvan"ın təsəlli qoluna imza atıb. Bununla da "sarı-qırmızılılar"ın uğursuz seriyası 13-ə çatıb.
 
Qeyd edək ki, turun iki oyunu sabah, ikisi bayram günü baş tutacaq.
 
Topaz Premyer Liqası
2015/16 mövsümü
III dövrə, XXVI tur
18 mart
Rəvan - Sumqayıt 1:2
Qollar: Ruslan Tağızadə, 90-pen - Saşa Yunisoğlu, 8 (avtoqol). Amil Yunanov, 33.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 3. Saşa Yunisoğlu (9. Nuran Qurbanov, 30), 8. Məmməd Quliyev, 14. Elvin Əliyev (13. Cəmşid Məhərrəmov, 50), 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 21. Novruz Məmmədov, 86. Yasin Həmid, 92. Yamin Ağakərimzadə (15. Ceyhun Abdullayev, 88), 99. Əziz Hüseynov. 
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 5. Mirkamil Haşımlı, 19. Hüseyn Axundov, 39. Əlibəy Məmmədli.
Baş məşqçi: Bəhmən Həsənov.
Sumqayıt: 1. Səlahət Ağayev, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə (99. Rasim Ramaldanov, 20), 18. Aleksandr Çertoqanov (24. Amit Quluzadə, 81), 29. Amil Yunanov (97. Xəyal Nəcəfov, 88), 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 22. Tofiq Mikayılov.
Baş məşqçi: Samir Abbasov.
Sarı vərəqələr: Rasim Ramaldanov, 36 (qeyri-idman hərəkəti). Murad Ağayev, 45+2 (qeyri-idman hərəkəti). Cəmil Hacıyev, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bayıl Arena". 150 tamaşaçı.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

25

16

6

3

40-15

54

2

Zirə

25

13

8

4

29-18

47

3

Qəbələ

25

11

8

6

30-19

41

4

İnter

25

11

8

6

25-17

41

5

Kəpəz

25

10

9

6

30-21

39

6

AZAL

25

9

6

10

15-22

33

7

Neftçi

25

8

8

9

24-27

32

8

Sumqayıt

26

5

10

11

27-36

25

9

Xəzər Lənkəran

25

3

5

17

10-33

14

10

Rəvan

26

2

8

16

17-39

8

Bombardirlər

Nelson Bonilla (Zirə) - 10. Riçard Almeyda (Qarabağ), Dani Kintana (Qarabağ) - 8. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ), Amil Yunanov (Sumqayıt) - 7. Samuel Armenteros (Qarabağ) - 6.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər