London "Arsenal"ının yarımmüdafiəçisi Martin Edeqor komandasının 2024/2025 mövsümündəki hədəflərindən danışıb.
Fanat.Az xəbər verir ki, VG onun sözlərini belə çatdırıb:
"Yeni addımlar atacağımıza inanırıq. Ötən mövsümdən sonra daha da motivasiyalıyıq. Arzularımızı həyata keçirə biləcək gücdəyik. Açığı, başqalarının haqqımızda nə düşündüyü vecimə deyil".
Xatırladaq ki, "Arsenal" ötən mövsüm İngiltərə Premyer Liqasında 89 xalla ikinci olub. Ölkə çempionluğunu isə 91 xal toplayan "Mançester Siti" bayram edib.
Nihat