"Başqa yerdə olsaydı, qırmızı vərəqə verməzdi..." - Qurban Qurbanov

"Başqa yerdə olsaydı, qırmızı vərəqə verməzdi..." - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqada "Rəvan"la oyundan sonra mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq 1:2 hesabı ilə uduzduqları matç haqda fikirlərini bildirib. 
 
- Əlbəttə, məğlub olmaq istəmirdik. "Rəvan"ı təbrik edirəm və uğurlar arzulayıram. Xeyli qol epizodumuz oldu. Futbolçularımız ciddi yanaşmaması üzündən oyunu xeyrimizə dəyişə bilmədik. Az oynayan futbolçuların səviyyələri yaxşı deyildi, oyun təcrübələri çatmırdı. Oyundan və nəticədən razı deyiləm. 
 
- Növbəti matçda AZAL-la matçda heyətdə belə böyük dəyişiklik gözlənilir?
- Hələ açıqlaya bilmirəm. Həmin matça hazırlıq proramımız olacaq. Heyətdə çox da dəyişiklik olmayacaq.
 
- Eltun Yaqublunun qırmızı vərəqə aldığı epizoda baxdınız, yoxsa?
- Hələ yox. Həmin mövqe adətən aldadıcı olur. Özü də qapı xəttinin üzərində. Bəlkə də başqa yerdə olsaydı, qırmızı vərəqə verməzdi. Qərara normal yanaşıram. (sportnet.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər