"Barselona"dan gedəcəyi deyilən Neymarı heyətinə qatmaq istəyən ilk klub müəyyənləşib. Fanat.Az xəbər verir ki, braziliyalı ulduzu PSJ transfer etmək istəyir.
Kilian Mbappeni transfer edə bilməyən Paris klubu nəyin bahasına olursa-olsun Neymarı heyətiqə qatmaq istəyir. İddia olunur ki, fransızlar bu futbolçu üçün "Barselona"ya 222 milyon avro ödəməyə hazırdı. PSJ braziliyalı futbolçunun özünə bonuslar daxil 30 milyon avro təklif edəcək.
Fanat.Az