"Arvadımdan qorxuram, ölmüş pişiyə aliment ödəyirəm"

"Arvadımdan qorxuram, ölmüş pişiyə aliment ödəyirəm"

Veteran türk futbolçu Lemi Çelik maraqlı açıqlamalar verib. Fanat.Az xəbər verir ki, 51 yaşlı sabiq müdafiəçi keçmiş arvadından qorxduğunu və ölmüş pişik üçün aliment ödədiyini deyib.

"Mırmır" adlı pişik 2 ay öncə öldü. Amma alimentini hələ də keçmiş arvadıma ödəyirəm. Ondan qorxduğum üçün alimenti kəsə bilmirəm" deyə Lemi Çelik bildirib.

Aktrisa Hülya Kalebayır və Lemi Çelik 2010-cu ildə boşanıb. Məhkəmə cütlüyün qızını anaya verib. Uşaq üçün aylıq 4500, onların "Mırmır" üçün isə 500 lirə aliment kəsilib.

Dünyada pişik üçün aliment ödəyən ilk adam olduğunu deyən Lemi Çelik bir il əvvəlki açıqlamasında bunları qeyd etmişdi: "Mırmır" xərçəngə tutulub. 6 aydı kimyaterepiya olunur. Qidalanması, iynələri və xəstəxana xərcləri ilə yanaşı, bərbərxana xərcləri üçün hər ay pul ödəyirəm. 1150 lirə də kimyaterepiya üçün ödəmişəm".

Qeyd edək ki, Lemi Çelik futbolçu karyerası ərzində "Trabzonspor", "Altay" və "Ağrıspor" klublarında oynayıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər