"Almanların nə adından qorxuruq, nə də "çəki"sindən"

"Almanların nə adından qorxuruq, nə də "çəki"sindən"

“Almaniya ilə oyun ərəfəsində proqnoz verməyə dəyməz. Rəqibin “çəki”si bəllidi, son dünya çempionuna qarşı oynayacağıq”. Bu sözləri Fanat.Az-a açıqlamasında millinin çalışdırıcısı Mahmud Qurbanov deyib.

Qurbanov martın 19-dan bir araya gələn milli üzvlərinin oyuna psixoloji cəhətdən hazır olacağını vurğulayıb: “Bu komandaya qarşı mübarizə aparmaq futbolçular üçün imic məsələsidi. Belə matçlara köklənmək asandı. Futbolçularımız bilir ki, görüşə maraq böyükdü. Psixoloji cəhətdən oyuna hazır olacaqlar”.

Robert Prosineçkinin köməkçisi almanlardan qorxmadıqlarını açıqlayıb: “İtiriləcək bir şey yoxdu. Oyunun favoriti Almaniyadı. Əminəm ki, qonaq komandaya asan olmayacaq. Sonadək mübarizə aparacağıq. Almanların nə adından qorxuruq, nə də “çəki”sindən”.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Almaniya oyunu martın 26-da “Tofiq Bəhramov”da keçiriləcək.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər