"Alman maşını" Yakiroviçin sonunu gətirdi - RƏSMİ

"Alman maşını" Yakiroviçin sonunu gətirdi - RƏSMİ

Bosniyalı mütəxəssis Sergey Jakiroviç Zaqreb "Dinamo"sunun baş məşqçisi postunu tərk edib. 

Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb. 

47 yaşlı çalışdırıcının müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib. Komanda məşqçi səlahiyyətlərini icra edən Sandro Perkoviçə tapşırılıb. 

Xatırladaq ki, “Dinamo” sentyabrın 17-də Çempionlar Liqasının ilk turunda “Bayern Münhen”ə dağıdıcı hesabla uduzub – 2:9. 

Zaqreb “Dinamo”su 6 turdan sonra Xorvatiya çempionatının turnir cədvəlində liderdən cəmi bir xal geri qalaraq üçüncü yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər