Xəbər verdiyimiz kimi, "Qarabağ"ın futbolçusu Reynaldo Silva Türkiyənin "Adanaspor" klubunun maraq dairəsinə düşüb. Bu barədə ajansspor.com saytı məlumat yayıb.
Xəbəri dəqiqləşdirmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. "Qarabağ" rəsmisi Fanat.Az-a açıqlamasında "Adanaspor"dan təklif almadıqlarını bildirdi:

"Reynaldonun "Gənclərbirliyi" məsələsində klubumuza rəsmi təklif gəlməmişdi. Amma menecerlər səviyyəsində maraqlandıqlarını deyə bilərik. Bu o demək deyil ki, həmin klub futbolçumuzu istəyir. Bunu o zaman deyə bilərik ki, kluba rəsmi təklif olsun. "Adanaspor"a gəlincə, onlar nə rəsmi şəkildə, nə də menecerlər vasitəsi ilə bizimlə əlaqə yaratmayıb".
Fanat.Az