Quliyevli “Ximki” yenə məğlub oldu

Quliyevli “Ximki” yenə məğlub oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Sadıqov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə matça başlayıb və fasilədə əvəzlənib.

“Ximki” 26 turdan sonra 17 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər