Quliyevli “Ximki” məğlub oldu

Quliyevli “Ximki” məğlub oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Orenburq”la qarşılaşıb. Futbolçumuzun komandası oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Ayaz da bu oyunun iştirakçısı olub. O, matçın 67-ci dəqiqəsində əvəzetmədən oyuna qoşulub.

“Ximki” 8 turdan sonra 7 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər