Quardioladan ironik reaksiya: "Mənsiz getdiklərinə görə cərimə olunacaqlar"

Quardioladan ironik reaksiya: "Mənsiz getdiklərinə görə cərimə olunacaqlar"

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola 3 futbolçusunun - Kayl Uolker, Cek Qriliş və Riyad Mahrezin gecə klubuna getməsinə ironik reaksiya verib.

Fanat.Az xəbər verir ki, Quardiolanın söylədiklərini "Sky Sports" belə çatdırıb:

"Məni də dəvət etmədikləri üçün üzgünəm. Gələn dəfə məni də yada salacaqlarına ümid edirəm. Cərimə? Mənsiz getdiklərinə görə cərimə də olunacaqlar...

Əlbəttə, bayırda çox vaxt keçirməklə müəyyən riskə yol veriblər. Amma üçü də bir yerdə şam yeməyi yeyəndən, dostlarıyla əylənəndən sonra ayıq vəziyyətdə geri qayıdıblarsa, problem yoxdur. Ciddiyə qalsa, ictimai qınağı haqlı saymıram".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər