Quardiola və köməkçilərinə tüpürdülər

Quardiola və köməkçilərinə tüpürdülər

"Mançester Siti" fanatlarının birindən "Liverpul"a şikayət edib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "şəhərlilər"in nümayəndələri qarşı tərəfə dünən baş tutan oyun zamanı bir yerli azarkeşin qonaq komandanın məşqçilər korpusuna tüpürdüyünü bildiriblər.

Xoşagəlməz hadisəylə bağlı Mançester təmsilçisinin baş məşqçisi Xosep Quardiolanın söylədikləri belə olub: 

"Nə baş verdiyini dəqiq deyə bilmərəm. Hə, bizə qarşı külənin içindən bir nəfərin etik normalara sığmayan sözlər dediyini eşitdim. Amma həmin adamı görmədim. Heç hər hansı fotoya da baxmamışam. Hər şey mənə dedikləri kimi olubsa, "Liverpul"un bu adam barədə ölçü götürəcəyinə əminəm".

Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər