Quardiola Qvardiol üçün müraciət etdi

Quardiola Qvardiol üçün müraciət etdi

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiolun transfer edilməsi üçün rəhbərliyə müraciət edib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.

Xəbərə görə, artıq "şəhərlilər"in fransalı müdafiəçisi Emerik Laport da bu plan barədə məlumatlıdır və əsas heyətdəki yerini itirən futbolçu Qvardiolun gəlişindən sonra vəziyyətin daha da çətinləşəcəyinin fərqindədir. Mənbə Laportun cari mövsümün sonunda Mançester təmsilçisindən ayrılmaq ehtimalının yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, 21 yaşlı Qvardiol 2021-ci ildən "Leyptsiq"in uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər