"Liverpul"un baş məşqçisi Yürqen Klopp və "Tottenhem"in çalışdırıcısı Joze Mourinyu "Mançester Siti"nin avrokubok qadağasının İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən ləğv olunmasını tənqid etmişdilər.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, son olaraq Pep Quardiola həmkarlarının fikirlərinə münasibət bildirib:
"Onlar danışmaq istəyirlərsə, mən buradayam. Qərar müstəqil hakimlər tərəfindən verilib. Amma danışmaq istəyirlərsə, problem deyil, mənim nömrəmi bilirlər, zəng etsinlər, izah edim. Bu, mənim üçün problem deyil.
Mənə qalsa, bu mövzu haqda çox danışmamalıyıq, çünki artıq qərar verilib. Saxtakarlıq etdiyimizlə bağlı bütün fərziyyələr reallığı əks etdirmir".
Fanat.Az