Qrinvudun yeni klubu bilindi

Qrinvudun yeni klubu bilindi

"Mançester Yunayted"in vingeri Meyson Qrinvud karyerasını İspaniyada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 21 yaşlı istedadlı futbolçu gözlənilmədən "Xetafe" ilə anlaşıb. 

Qrinvudun yeni klubu bilindi İspaniya klubu onu bir mövsümlük icarəyə götürüb. Bundan əvvəl Qrinvudun "Latsio"ya keçmək şansı olsa da, müqavilə son gündə uğursuz olduğu üçün futbolçu İspaniyadan gələn təklifi qəbul edib.

Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin sabiq üzvü "manikunyanlar"ın heyətində meydana çıxdığı 129 rəsmi matçda 35 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Meyson Qrinvud sevgilisinə təcavüzdə ittiham olunuraq həbs edilmişdi. O, ötən ilin oktyabr ayında bəraət alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər