Qriliş 116 milyon avroya bu kluba keçir - SON DURUM

Qriliş 116 milyon avroya bu kluba keçir - SON DURUM
"Aston Villa"nın və İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş "Mançester Siti"yə keçməyə yaxındır.
Fanat.Az "talkSPORT"a istinadən xəbər verir ki,  AVRO-2020-də sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən Qriliş "şəhərlilər"in əsas transfer hədəfinə çevrilib.
Birmingemlilərlə olan müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulan futbolçunun sözləşməsində onu almaq istəyən klubun ödəyəcəyi məbləğ də əksini tapıb. MS bu məbləği - 116 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, Qriliş yetirməsi olduğu "Aston Villa"nın kapitanıdır. Ötən ildən İngiltərə millisinə çağırılan futbolçu son mövsümdə İngiltərə Premyer Liqasında 26 oyuna çıxıb. Bu matçlarda 6 qol vuran Cek 12 məhsuldar ötürmə ilə də yadda qalıb.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər