Ulduz veteran Devid Bekhem AÇ-2022-nin 1/2 finalında İsveçi məğlub edən İngiltərənin qadınlardan ibarət milli komandasına təbrik ünvanlayıb.
Fanat.Az xəbər verir ki, Bekhem sosial şəbəkə hesabında belə paylaşım edib:
“Gözəl axşamdır, təbrik edirəm, qızlar. Sizin qələbənizi görməkdən çox məmnun olduq və bilirəm ki, bir nəfər daha çox həyəcanlandı. Bu, mənim qızım Harperdir. Onu ruhlandırdığınız üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Şeffilddəki "Brammel Leyn" stadionunda keçirilən görüş İngiltərənin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İngilislər Avropa çempionatının finalında Almaniya - Fransa cütünün qalibi ilə oynayacaq. Həlledici görüşdəki rəqib bu gün müəyyənləşəcək. Final matçı iyulun 31-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
Mirağa