"Qızıl zibilqabı"nın yeni sahibi müəyyənləşdi

"Qızıl zibilqabı"nın yeni sahibi müəyyənləşdi

İtaliyada hər il verilən "Qızıl zibilqabı”nın yeni ünvanı bəllidi.

 

 

Fanat.Az xəbər verir ki, 2018-ci ilin yekunlarına görə, bu "mükafat”a hazırda İspaniya "Atletiko”sunda top qovan xorvat hücumçu Nikola Kaliniç layiq görülüb.

Ötən mövsüm icarə əsasında "Milan"ın formasını geyinmiş 31 yaşlı forvard 49,1 faiz səslə birinci yeri tutub.

"Roma"nın hücumçusu Patrik Şik (19,3) ikinci, "Milan"ın daha bir forvardı Andre Silva (13,3) üçüncü yeri tutub.

13 min azarkeşin səs verdiyi sorğuda ən zəiflərdən ibarət "10-luq"da Türkiyə millisinin və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun da adı var.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər