Ötən gün İngiltərə Premyer Liqasında 9-cu turun mərkəzi görüşü keçirilib. Doğma meydanında "Liverpul"u qəbul edən "Mançester Yunayted" rəqibinə 0:5 hesabı ilə məğlub olub.
Fanat.Az "Mançester Yunayted"in baş məşqçisi və futbolçularının məğlubiyyət şərhini təqdim edir:
Ule Qunar Sulşer (Ole Qunnar Solskjaer), baş məşqçi: “Bu komandanı çalışdırdığım andan bəri mənim üçün ən qaranlıq gündür. Həm fərdi, həm də komanda olaraq kifayət qədər yaxşı deyildik".
David De Xea (David De Gea): "Uşaq kimi oynadıq. Başqa əlavəm yoxdur".
Harri Maqayr (Harry Maguire): "Azarkeşlərdən üzr istəyirəm, biz kifayət qədər yaxşı deyildik".
Kriştianu Ronaldu (Cristiano Ronaldo): "Bəzən uğrunda mübarizə apardığımız nəticəni qazana bilmirik. Hərdən tabloda istəmədiyimiz hesab yazılır. Buna görə biz və yalnız biz cavabdehik. Başqa kimisə günahlandırmağa dəyməz. Fanatlarımız yenə də möhtəşəm görünürdülər. Bizi sonadək dəstəklədilər. Tərəfdarlar daha yaxşı nəticələrə layiqdirlər və biz onların onların istədiyini etməliyik. Vaxtdır!"
Emin Şəmsiyev