"Qərb derbisi"nin necə atmosferdə keçdiyi hər kəsə məlumdur"

"Qərb derbisi"nin necə atmosferdə keçdiyi hər kəsə məlumdur"

Misli Premyer Liqasının ilk turunda evdə "Neftçi"ni yenən (1:0) "Kəpəz" ikinci turda "Zirə"yə  0:1 minimal hesabla uduzdu. Gəncə təmsilçisi  növbəti matçını doğma meydanda "Turan Tovuz"ə qarşı keçirəcək.

Gəncə təmsilçisinin müdafiəçisi Ehtiram Şahverdiyevlə əlaqə saxlayıb "Qərb derbisi"ndən - sabiq komandasına qarşı oyundan nə gözlədiyini soruşduq:

Onun Fanat.Az açıqlaması belə oldu:

"Bildiyiniz kimi, bu oyunlar "Qerb derbisi"dir. Necə bir atmosferdə keçdiyi də hər kəsə məlumdur. Hər oyunda olduğu kimi, bu oyuna da ciddi şəkildə hazırlaşıb baş məşqiçinin verdiyi tapşırıqları düzgün qaydada həyata keçirmək istəyirik. Hədəfimiz inövbəti  xal və ya xallarımızı qazanmaqdır". 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər