Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman "Bayern Münhen"ə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun dediklərini belə çatdırıb:
"Əlimdə yazılı təklif yoxdur, hər hansı danışıq da olmayıb. Mən hələ bundan sonra nə olacağını düşündüyüm mərhələdəyəm. Hər şeyi nəzərə almaq, hər şeyi müzakirə etmək olduqca normaldır. Nə vaxtsa qərar verəcəm, ancaq indi dəqiq tarix deyə bilmərəm. Yəni nə vaxtsa hansısa variantlar ola bilər, amma hazırda imzalaya biləcəyim müqavilə təklifləri almamışam".
Xatərladaq ki, Nagelsman 2021-2023-cü illər aralığında "Bayern"in baş məşqçisi olub.
Nihat