Qattuzoya ağır itki: Bacısı 37 yaşında dünyasını dəyişdi

Qattuzoya ağır itki: Bacısı 37 yaşında dünyasını dəyişdi
"Napoli"nin baş məşqçisi Cennaro Qattuzonun ailəsinə itki üz verib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Cennaronun bacısı Françeska dünyasını dəyişib.
Françeska fevral ayında xəstəxanaya yerləşdirilmişdi. O, həmin vaxtdan reanimasiyada idi. 37 yaşlı mərhumun ölüm səbəbi barədə məlumat verilmir. 
"Milan" Cennaro Qattuzoya və ailəsinə başsağlığı verib:
"Françeska "Milan"da və Milanelloda çalışdığı müddətdə nümayiş etdirdiyi gücünü xəstəliyə qarşı da göstərdi. Rino, sənin və ailənin itkisini bölüşürük. Nur içində yat, əziz Françeska".
Françeska Qattuzo uzun müddət "Milan"da katib kimi çalışıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər