Qattuzonun yeni iş yeri açıqlandı - RƏSMİ

Qattuzonun yeni iş yeri açıqlandı - RƏSMİ
"Napoli” klubundan ayrılan Cennaro Qattuzo artıq özünə yeni iş yeri tapıb.
 
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis bundan sonra A Seriyasının digər təmsilçisi "Fiorentina”nı çalışdıracaq.
 
Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti hələ açıqlanmır.
 
Qeyd edək ki, Qattuzo "Fiorentina”da Cüzeppe Yakinini əvəz edib. O, bir müddət əvvəl müvəqqəti olaraq bu komandaya baş məşqçi təyin edilmişdi.
 
Cennaro Qattuzo 2019-cu ilin dekabrından "Napoli”ni çalışdırırdı. Sözügedən komanda bu mövsüm onun baş məşqçiliyi altında A Seriyasını 5-ci pillədə başa vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər