"Qarabağ"ın legioneri zədələndi

"Qarabağ"ın legioneri zədələndi

Misli Premyer Liqasının 9-cu turu çərçivəsində səfərdə "Qəbələ" ilə qarşılaşan "Qarabağ" məcburi əvəzetmə həyata keçirib.

Fanat.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ağdam klubunun legioneri Leandro Andrade 26-cı dəqiqədə əvəzlənib.

Hazırda davam edən görüşün ilk yarısının ortalarında həkim müdaxiləsinə ehtiyac duyub. Bununla belə, meydana qayıdan braziliyalı yarımmüdafiəçi oyunu davam etdirə bilməyərək yerini İsmayıl İbrahimliyə verməli olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər