Qapıçıdan rəqibinə qarşı güləş fəndi  - VİDEO

Qapıçıdan rəqibinə qarşı güləş fəndi  - VİDEO

MLS-in Şərq Konfransının 30-cu turunda "Sietl Saunders" "Sportinq Kanzas Siti"ni qəbul edib. 

Fanat.Az xəbər verir ki, görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Görüşdə maraqlı hadisə yaşanıb. Belə ki, oyunun 54-cü dəqiqəsində "Sportinq Kanzas Siti"nin qapıçısı Timoti Melia (Timothy Melia) "Sietl Saunders"in hücumçusu Kristian Roldana (Cristian Roldan) qarşı güləş fənni işlədərək onu yerə yıxıb. Bundan sonra qapıçı sarı vərəqə ilə cəzalandırılıb.

Həmin epizodun videogörüntüsünü təqdim edirik: 

 

Bu epizoda tanınmış restler və Hollivud ulduzu "Rok" ləqəbli Dueyn Conson da reaksiya bildirib. Həmin hərəkətin görüntüsünü Conson rəsmi "Twitter" səhifəsində  "Bu fənd "Rock Bottom" adlanır" rəyi ilə paylaşım.

 

Xatırladaq ki, hər iki klubun 58 xalı var və MLS-in turnir cədvəlinə başçılıq edirlər.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər