Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO
Kosta-Rika ikinci divizionu - Klausurada çıxış edən "Huventud Eskasusenya"nın qapıçısı Minor Alvares komandasının qəhrəmanına çevrilib.
Fanat.Az xəbər verir ki, Klausuranın yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində "Huventud Eskasusenya" "Desamparados"u qəbul edib. 85-ci dəqiqədə, qonaqlar hesabda 1:0 öndə olarkən ev sahibləri cərimə zərbəsi qazanıblar. Topa yaxınlaşan Minor Alvaresin zərbəsi dəqiq olub və o, komandasını məğlubiyyətdən xilas edib. İlk oyun da 1:1 başa çatdığından, əlavə vaxta ehtiyac yaranıb.
Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, penaltilər seriyasına ehtiyac yaranıb. Bu səfər rəqibin iki penaltisini dəf edən qapıçı Alvares "Huventud"un finala yüksəlməsində əsas pay sahibi olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər