Qapıçı buraxılan qola görə komanda yoldaşını döydü - FOTO

Qapıçı buraxılan qola görə komanda yoldaşını döydü - FOTO

Şimali İrlandiya çempionatında "Qlentoran" və "Kolreyn" komandaları arasında keçirilmiş oyunda insident baş verib.

Fanat.Az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Aaron Makkeri buraxılan qoldan sonra komanda yoldaşı Bobbi Byörnsə hücum çəkib.

Müdafiəçinin sifətinə zərbə endirən 29 yaşlı qolkiper onu yerə yıxıb. Makkerini digər futbolçular sakitləşdiriblər. Təcrübəli qapıçı etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər