"Yaradılan 20-21 günlük fasilə bizi bir qədər geriyə saldı" - Tural Cəlilov

"Yaradılan 20-21 günlük fasilə bizi bir qədər geriyə saldı" -  Tural Cəlilov

1-ci Liqanın 4-cü turunda "Şimal" Şamaxı OİK stadionunda "Xankəndi"ni qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Xaçmaz təmsilçisinin çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Xankəndi" ilə oyunun ağır keçəcəyini bilirdik. Çünki heyətlərində təcrübəli futbolçular var. Məşqçi dəyişikliyi olduğu və komandaya yeni mütəxəssis gəldiyi zaman ab-hava tamamilə dəyişir, futbolçular qələbə qazanmaq üçün daha çox əzmkarlıq göstərirlər. Düşünürdük ki, bu görüşdə tamamilə fərqli bir "Xankəndi" görəcəyik. İstəkli bir komanda gözləyirdik. Elə də oldu. Bizə çətinliklər yaratdılar. Hər iki komandanın fərqlənmək üçün müəyyən imkanları oldu, lakin tərəflər bu fürsətlərdən istifadə edə bilmədi. Bərabərə qaldıq. Bir xal da bizim üçün yaxşı nəticədir. Əlbəttə, üç xal qazansaydıq, daha yaxşı olardı. Qarşıda bizi oyunlar gözləyir. Matçlara köklənəcəyik və ardıcıl olaraq xal qazanmağa davam etmək istəyirik. İstər üç, istərsə də bir xal qazanmağımız növbəti oyunlar üçün motivasiya baxımından önəmlidir. Hər bir xal ehtiyatımızı artırmaq və çempionatda mövqeyimizi qorumaq baxımından əhəmiyyətlidir. Bu görüş əvvəlki oyunlarla müqayisədə istədiyimiz kimi alınmadı. Düşünürəm ki, yaradılan 20-21 günlük fasilə bizi bir qədər geriyə saldı. Lakin oyunlar ardıcıl keçirildikcə komandamızın daha yaxşı oyun nümayiş etdirəcəyinə inanıram".

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər