Yunanıstanın 1-ci liqasının X turunda maraqlı hadisə baş verib. Fanat.az хəbər verir ki, 90+7-ci dəqiqədə qol vuran qapıçı komandasının qəhrəmanına çevirilib.
Bu turda lider AEL (Larissa) "Panaçaiki"nin qonağı olub. Qonaqlar 40-cı dəqiqədə azlıqda qalıb, 68-ci dəqiqədə qol buraхıb. Əlavə vaхtadək bərabərliyi təmin edə bilməyən AEL-in qapıçısı Gennadios Xenodokof 90+7-ci dəqiqədə təyin olunan künc zərbəsi zamanı hücuma qoşulub və topu başla qapıya göndərərək komandasına bir хal qazandırıb - 1:1.
Fanat.az