"Qanqster" Semedu yenə iş başında: Bu dəfə kimi döydü?

"Qanqster" Semedu yenə iş başında: Bu dəfə kimi döydü?

"Olimpiakos"un müdafiəçi Ruben Semedu həbs olunub. 

Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. 

27 yaşlı portuqaliyalı futbolçu yanvarın 4-ü səhər saatlarında həbs edilib. 

"Globallookpress" saytının yaydığı xəbərə görə, "Səhər saat 8:20-də 27 yaşlı xanım polisə zəng edərək Semedu tərəfindən məişət zorakılığına məruz qaldığını bildirib. Onun sözlərinə görə, hadisə Afina ətrafı Qlifadadakı evində baş verib. Olay yerinə gələn polislər hər ikisini bölməyə aparıblar.

Dindirmə təxminən iki saat davam edib. Nəticədə futbolçuya qarşı cinayət işi açılıb və o, məhkəməyə qədər sərbəst buraxılıb. Məhkəmə-tibbi ekspertizası da təyin edilib.

Həmin günün axşamı Semedu sevgilisi ilə kart oyunu oynayarkən "Instagram"da canlı yayım təşkil edib və bu sözləri deyib: “İşlər yaxşıdır. Məni tanıyanlar bilir ki, şəxsi həyatımı müzakirə etməyi sevmirəm, amma indi məcburam. Çox hekayələr, çox yalanlar var və mən heç kimi aldatmıram ".

"Qanqster" Semedu yenə iş başında: Bu dəfə kimi döydü?

Xatırladaq ki, Semedu əvvəllər də oxşar hadisələrlə gündəmə gəlib. Belə ki, 2017-ci ildə gecə klublarından birində barmenlə mübahisə edən futbolçu onun başına pivə şüşəsi ilə zərbə endirib. Bir neçə gün sonra isə elə həmin gecə klubunda mühafizəçi ilə dalaşıb və onun üstünə tapanca çıxararaq hədələyib.

2018-ci ilin fevralında Semedu Valensiyada bir nəfərə atəş açıb. Daha sonra isə qardaşı və şərikləri ilə həmin şəxsi dəyənəklə döyərək qarət ediblər. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər