“Qaliblər düşərgəsi” layihəsinə start verildi - FOTOLAR

“Qaliblər düşərgəsi” layihəsinə start verildi - FOTOLAR
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı, AFFA və bir neçə tərəfdaşın dəstəyi ilə şəhid ailələrinin övladları üçün "Qaliblər düşərgəsi” layihəsinəb start verilib.
 
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.
 
14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən seminarlar, müxtəlif idman növləri üzrə təlimlər, həmçinin, futbol dərsləri keçiriləcəkdir.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər