Çində baş tutan qadınlar arasında futbol matçında indiyədək rastlaşmadığımız qəribə hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, oyunun gedişində futbolçulardan biri bilmədən hakimin ayağını tapdalayıb. Buna sərt reaksiya verən ədalət təmsilçisi qadın futbolçuya təpik atıb və onu zədələyib.
Bu görüntülər ortaya çıxandan sonra həmin hakim ömürlük futboldan uzaqlaşdırılıb.
Fanat.Az