Qaçqınlara “yaşıl işıq”: Hazırlaşın!

Qaçqınlara “yaşıl işıq”: Hazırlaşın!

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında qaçqınlardan ibarət komandanın yaradılması ideyasını dəstəkləyib.

 

Belə bir komandanı təşkil edərək bütün dünyadakı qaçqınlara ümid vermək istədiklərini vurğulayan BOK-un prezidenti Tomas Bax yığmaya 5-10 idmançının daxil olacağını bildirib.

 

Komandanın heyətinə qatılmağa 43 idmançı namizəddir. Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan qaçqınlardan təşkil ediləcək komandanın Olimpiya bayrağı altında çıxış edəcəyi gözlənilir. Qalib idmançıların mükafatlandırılması zamanı isə Olimpiya himni səslənəcək.

 

Komanda üçün geyim dəstləri və ləvazimatlar BOK tərəfindən təqdim olunacaq. Qaçqınların oyunlarda iştirakı üçün xərcləri isə komitəyə bağlı “Olimpiya həmrəyliyi” öz üstünə götürüb.

 

Xatırladaq ki, 31-ci Yay Olimpiya Oyunları bu il avqustun 5-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.(Publika.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər