Robert Prosineçki Türkiyə klubundan millimizə futbolçu çağırıb. Fanat.az xəbər verir ki, xorvat mütəxəssis Ufuk Budakı komandaya qaytarmaq qərarına gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. AFFA-dan Ufukun çıxış etdiyi "Qaziantep BB" klubuna göndərilən faks da mətbuatda yayımlanıb.
Qeyd edək ki, Ufuk Budak 2011-ci ildən Berti Foqts tərəfindən millimizə dəvət alıb. İndiyədək 16 dəfə milli formanı geyinib. Sonuncu dəfə 2014-cü ilin 13 oktyabrında Xorvatiya 0:6 hesabı ilə uduzduğumuz oyunda komandanın heyətində olub. Cari mövsümdə "Qaziantep BB"nin heyətində 28 oyuna çıxan 25 yaşlı müdafiəçi 1 qol vurub.
Onu da qeyd edək ki, mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışında olacaq millimiz Andorra, Makedoniya və Kanada ilə yoldaşlıq oyunu keçirəcək.

Fanat.az