Prosineçki Ramillə Eminə şans vermədi - Start heyəti

Prosineçki Ramillə Eminə şans vermədi - Start heyəti
Sabah "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində San Marinonun qonağı olacaq milli komandamızın start heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə bu gün mətbuat konfransı keçirən baş məşqçi Robert Prosineçki məlumat verib.
Xorvat mütəxəssis ilk dəfə milliyə çağırılan "Trabzonspor"un üzvü Ramil Şeydayevlə Portuqaliyanın "Boavişta" klubunda oynayan Emin Mahmudova start heyətində şans verməyib. Legionerlərdən yalnız "Aue"də çıxış edən Dmitri Nazarov ilk "11-lik"də yer alıb.
Start heyətində oynayacaq 11 futbolçudan 6-sı "Qarabağ"ın formasını geyinib.
Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov, Ruslan Qurbanov.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər