Prosineçki "Bursaspor"un təklifini təsdiqlədi: millimizdən gedir?

Prosineçki "Bursaspor"un təklifini təsdiqlədi: millimizdən gedir?

"Bursaspor"un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. Fanat.Az xəbər verir ki,  klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını təsdiqləyib

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq" - deyə, Ademoğlu bildirib.

 

Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki apasport.az saytına açıqlamasında qısa danışıb: "Təklifə hörmətlə yanaşdım, amma "Bursaspor" rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil".

 

Qeyd edək ki, "Bursaspor"un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər